Gürcüstan öz vətəndaşlarını Ukraynadan çıxarır

21 Fevral 2014 08:18 (UTC+04:00)
Ukraynada baş verənlər bəzi ölkələri öz vətəndaşlarının təhlükəsizlikləri ilə bağlı tədbirlərə əl atmasına səbəb olub.

AzNews.az-ın məlumatına görə, artıq bir neçə dövlət Ukraynadakı vətəndaşlarını ehtiyatlı olmağa çağırıb. Bununla bağlı Gürcüstanın Ukraynadakı səfirliyi isə bu ölkədə yaşayan vətəndaşlarına, xüsusən də burada təhsil alan gürcüstanlı tələbələrə ölkəni tərk etmək tapşırığı verib. Gürcüstan hökuməti bununla bağlı zəruri tədbirləri həyata keçirərək, bu ölkədə təhsil alan tələbələrin Ukraynadan çıxarılması üçün xüsusi təyyarə reysləri planlaşdırıb. AzNews.az-a gürcüstanlı tələbələrdən verilən xəbərə görə, onlara əşyalarını yığaraq, hazır vəziyyətdə olmaları tapşırılıb.

Xatırladaq ki, son iki ay ərzində Ukraynada hökumət əleyhdarlarının keçirdiyi etiraz aksiyaları artıq 4 gündür qanlı qarşıdurmalarla müşayiət olunur. Bu toqquşmalarda hər iki tərəfdən 50-yə yaxın ukraynalı həlak olub, 500-dən artıq vətəndaş isə xəsarət alıb.

AzNews.az