Nazirlik sürücüləri 60 min manat cərimələndi – Rəsmi

21 Fevral 2014 08:26 (UTC+04:00)
800-ə yaxın sürücüyə protokol tətbiq edildi

Bu ilin ötən dövrü ərzində Nəqliyyat Nazirliyi tərəfindən Bakı şəhəri üzrə 800-ə yaxın avtobus və taksi sürücüsünə qarşı 60 min manata yaxın cərimə sanksiyası tətbiq edilib. Bunu AzNews.az -a açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib. Onun sözlərinə görə, yanvar ayı ərzində 284 taksi (11600 manat) və 209 avtobus (25900 manat) sürücüsü qanunvericiliyin müddəalarını pozduğuna görə, ümumilikdə tətbiq olunan protokol əsasında 37500 manat cərimə sanksiyası tətbiq edilib. Ə.Cəfərov həmçinin əlavə edib ki, bu ilin fevral ayının ötən dövrü ərzində də 304 taksi və avtobus sürücüsə qarşı protokol tətbiq edilib. Nəticədə 104 taksi (7900 manat) və 200 avtobus (11850 manat) sürücüsünə qarşı ümumilikdə 19750 manat cərimə sanksiyası tətbiq olunub.

Amid Əyyuboğlu
AzNews.az