Ukraynadakı rus snayperçilərin gizli danışıqları yayıldı - ŞOK AUDİO

21 Fevral 2014 08:55 (UTC+04:00)
Ukraynanın paytaxtı Kiyevdə etirazçılara atəş açan snayperlər rabitə danışığı aşkar olunub. AzNews.az-ın Ukraynadakı mənbələrə istinadən verdiyi məlumata görə, hökumət əleyhdarları tərəfindən aşkarlanan bu rabitə danışıqlarda hərbçilər "Müstəqillik" meydanı ətrafında toplaşan aksiya iştirakçılarını zərərsizləşdirməklə bağlı tapşırıqlar alaraq, əmri dərhal icra edirlər. Danışıqlarda bəlli olur ki, snayperlərə aksiya iştirakçıları arasında fəal şəxsləri aşkarlayıb, zərərsizləşdirmək əmri verilib. Snayperlər bir-biri ilə ancaq rus dilində danışırlar. Hökumət əleyhdarlarının ehtimallarına görə, bu snayperlər ukraynalı deyillər. Güman olunur ki, onlar Rusiyadan gətirilmiş muzdlulardır.



AzNews.az