Bakıda taksi sürücüsü qətlə yetirilib
21 Fevral 2014 10:03 (UTC+04:00)
Bakıda taksi sürücüsü qətlə yetirilib.
Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsində Dəmir Yolu vağzalının qarşısında qeydə alınıb.
1985-ci il təvəllüdlü Elnur Akif oğlu Ağayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.
Polisdən həmçinin bildirilib ki, E. Ağayev taksi sürücüsü olub.
Faktla bağlı araşdırma aparılır.