Müxalifət Kiyevdəki aeroportları nəzarətə götürdü- Fotolar

21 Fevral 2014 11:21 (UTC+04:00)
Qaçan prezident ailəsini heç bir dövlət qəbul etmədi


Ukraynada hakimiyyət əleyhdarları ölkənin strateji məkanlarında nəzarətə ələ almağa çalışır.

AzNews.az-a Ukraynadan verilən məlumata görə, hazırda paytaxt Kiyevin "Julyanı" aeroportu etirazçılar tərəfindən mühasirəyə alınıb.

Etirazçılar "Borispol" Beynəlxalq Hava Limanını da nəzarətə götürməyə çalışırlar. Hakimiyyət əleyhdarlarının bununla bağlı müraciətində həmkarlarından xahiş olunur ki, adıçəkilən hava limanı yerləşən əraziyə gələrək aeroportun giriş yollarını və ətrafını nəzarətə götürsünlər. Etirazçılar bununla ölkəni tərk etmək istəyən Yanukoviç hökumətinin yüksək vəzifəli məmurlarının ölkədən çıxışına maneə yaratmaq istəyirlər.

Xatırladaq ki, bu gün Kiyevdən Avropa ölkələrinə uçan Ukrayna hava yollarına məxsus biznes reys heç bir aeroport tərəfindən qəbul edilməyib. Buna görə də, həmin təyyarə yenidən Kiyevə istiqamətlənib.

Müxalifət mediasının yazdığına görə, həmin təyyarədə prezident Yanukuviçin ailə üzvləri və hakimiyyətdə yüksək vəzifə tutan şəxslərin yaxınları olub.

AzNews.az