Ukraynaya uçuşlarla bağlı - AZAL-dan açıqlama

21 Fevral 2014 11:55 (UTC+04:00)
Azərbaycan Ukrayna arasında təyyarə reyslərinin gediş-gəlişində problem yoxdur.


Azərbaycan Hava Yollarından ( AZAL) AzNews.az-a verilən məlumata görə, həftə ərzində nəzərdə tutulan reyslər problemsiz olaraq təşkil olunur. Azərbaycan Hava Yolları ( AZAL) həftənin 1-3-4-6-cı günləri səhər saat 9:35-də Bakıdan-Kiyevə uçuşlar həyata keçirir.

Ukrayna Hava Yolları da həftənin 1-3-5-bazar günləri səhər saat 07:00 Kiyev-Bakı-Bakı-Kiyev təyyarə reyslərinin uçuşlarını təşkil edir.

Amid Əyyuboğlu
AzNews.az