Astarada həbs olunanlarla bağlı RƏSMİ AÇIQLAMA

21 Fevral 2014 14:09 (UTC+04:00)
Astara rayonunda bir neçə gün öncə aksiya keçirən şəxslərdən bəziləri saxlanılıb.


AzNews.az-ın məlumatına görə, fevralın 17-də Astarada "Odnoklassniki" sosial şəbəkəsində təhqir olunduqlarını iddia edərək, aksiya keçirən Ərçivan kənd sakinlərindən bəziləri polisə çağırılaraq, saxlanılıb.

Buna səbəb isə narazı kənd sakinlərinin növbəti aksiya keçirmək cəhdi olub. Hüquq-mühafizə orqanları isə aksiyanın keçiriləcəyindən əvvəlcədən xəbər tutaraq, kənddə əməliyyat tədbirləri həyata keçiriblər. Polis aksiya təşkilatçılarından bir neçəsini həbs edib. Astara Rayon Polis Şöbəsindən AzNews.az adıçəkilən kənd sakinlərindən saxlanılanların olduğu təsdiqlənsə də, onların sayının neçə nəfər olduğu bildirilməyib.

Qeyd edək ki, bu barədə ilk məlumatı musavat.com saytı yaymışdı.

Əhməd
AzNews.az