Ukraynada yaralılar kilsələrə aparılır: Həkim çatışmazlığı var

21 Fevral 2014 14:20 (UTC+04:00)



AzNews.az-a Ukraynadan verilən məlumata görə, bu problemlə bağlı ilkin tibbi yardım bacarığı olanlar paytaxtın mərkəz hissəsinə və yaralıların toplanıldığı kilsələrə dəvət edilib.

Hakimiyyət əleyhdarları internet resursları vasitəsilə həkim-cərrahlara çağırış edərək, yaralıların daha çox toplandığı Mixaylovski kilsəsinə gəlmələrini xahiş edirlər.

Xatırladaq ki, Ukraynada baş verən qarşıdurmalarda həlak olanların sayı 80 nəfərə, xəsarət alanların isə 600-ə çatıb.

Məhəmməd
AzNews.az