“Ala gözlüm” mahnısı tarda - AUDİO

21 Fevral 2014 17:00 (UTC+04:00)

Tarzən Humay Qədimova klassik estrada janrının nümunələrindən olan "Ala gözlüm" mahnısını tarda səsləndirib.


Tarzən AzNews.az-a açıqlamasında Akif İslamzadənin repertuarına müraciət etməsini belə əsaslandırıb: "Hamı kimi mən də "Ala gözlüm"ü sevilən sənətkarımız Akif İslamzadənin repertuarında dinləyib, sevmişəm. Repertuar təzələyən ərəfədə düşündüm ki, illərdir dinlədiyim bu kompozisiyanı niyə bu səpkidə hazırlamayım? Tar elə bir alətdir ki, hər musiqini özününküləşdirə bilmir. Alətin özəlliyi həm də ondadır ki, hər bayağı musiqini özünə yaxın buraxmır. Amma mən xarici, milli estrada və müxtəlif janrlarda ifa imkanımı nümayiş etdirməyə çalışıram".
Repertuar təzələyən Humay xanım bir-birinin ardınca yeni mahnılar təqdim edəcəyini deyib.



Bahar Rüstəmli
AzNews.az