BDU - da təcili müşavirə keçirilib

21 Fevral 2014 21:17 (UTC+04:00)
Bu gün Bakı Dövlət Universitetində (BDU) təcili müşavirə keçirilib.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın APA-ya verdiyi xəbərə görə, müşavirə Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemləri ilə bağlı olub: "Müzakirələrdə problemlər operativ olaraq həll edilib, bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Komissiyaya müraciət edən tələbələr bazar ertəsi fakültə dekanlıqlarından nəticələr haqqında məlumat ala biləcəklər".

Qeyd edək ki, bu gün BDU-da rektor Abel Məhərrəmovun və Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə akademik borcu olan və intahan nəticələrindən narazı olan tələbələrlə görüş keçirilib, onların problemləri dinlənilib.

Rektor A. Məhərrəmov bildirib ki, BDU-da təhsil alan 20 minə yaxın tələbədən 3200-ə yaxınının akademik borcu var.


AzNews.az