Kiyevdə 589 nəfər xəsarət alıb

21 Fevral 2014 21:22 (UTC+04:00)
Kiyevdə iğtişaşlar zamanı zərərçəkənlərin sayı 589 nəfərə çatıb, onlardan əksəriyyəti xəstəxanalara yerləşdirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Səhiyyə nazirliyinin məlumatında deyilir.

Fevralın 18-dən etibarən tibb müəssisələrinə və təcili yardıma 589 nəfər müraciət edib, onlardan 379-u xəstəxanalara yerləşdirilib. Fevralın 21-də tibbi yardım üçün 12 nəfər müraciət edib, onlardan 10-u xəstəxanalara yerləşdirilib.


AzNews.az