Aeroportda təyyarənin partladılması XOFU

21 Fevral 2014 22:36 (UTC+04:00)

AzNews.az RİA Novosti - yə istinadən xəbər verir ki, Sankt - Peterburq - Murmansk reysinin sərxoş sərnişini 21 fevralda axşam təyyarənin göyərtəsində xuliqanlıq edərək partlayış xofu yaradıb. O təyyarəni partladacağı ilə hamını hədələyib. Murmansk aeroportunda bütün həyəcan xidməti səfərbər olunub.

"Sərxoş 1958 - ci il təvəllüdlü Oleneqorsk sakini xuliqanlıq edib. Onu təyyarədən düşürüb növbətçi hissəyə təhvil veriblər, o təyyarənin minalandığını bildirib", - deyə DİN Murmansk vilayət İdarəsinin mətbuat xidmətinin rəhbəri Lyudmila Rudkova bildirib.

Onun sözlərinə görə yük bölməsindəki axtarışların sonunu gözləyən bütün sərnişinlər aeroportun "D" terminalında gözləyirlər.


Əli
AzNews.az