Hərbi xidmətə çağırış yaşı artırıldı
22 Fevral 2014 08:00 (UTC+04:00)
Türkiyə Prezidenti Abdullah Gül "Hərbi xidmət haqqında" qanuna dəyişiklikləri təsdiq edib.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, dəyişikliklərə əsasən, hərbi xidmətə çağırış yaşı 20-dən 21-ə yüksəldilir.
Həmçinin, məzuniyyət müddəti uzunmüddətli (12 aylıq) hərbi xidmətdə olan əsgərlər üçün 90 gündən 30 günə, qısamüddətli (6 aylıq) hərbi xidmətdə olanlar üçün isə 45 gündən 15 günə endirilir.
AzNews.az