60 illik ər-arvad əl-ələ belə can verdi- FOTO

22 Fevral 2014 08:26 (UTC+04:00)
Nyu-Yorkda yaşlı bir cütlük 36 saat zaman fərqi ilə əl-ələ həyatla vidalaşdı. Anspress-in məlumatına görə, 60 il birlikdə ömür sürən bu cütlük ölərkən də bir-birinin əlini buraxmayıb. Ed Heyl 83 yaşında idi. 2 ay əvvəl böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirildi.

Xəstəliyi dözülməz həddə çatan Edin bədəni artıq zəifləmişdi. Yatağında uzanıb sakitcə ölümünü gözləyirdi. Birdən aldığı dəhşətli xəbər onu sarsıtdı. Son enerjisini də həyat yoldaşının daha bir dəhə əlini tuta bilmək üçün sərf etməyi seçdi.

60 illik həyat yoldaşı 82 yaşlı Florin Heyl infarkt keçirmiş özündən təxminən 55 km uzaqlıqda yerləşən başqa bir xəstəxanaya yerləşdirilmişdi. Ed həkimlərin etirazlarına baxmayaraq həyat yoldaşının qaldığı xəstəxanaya köçürüldü və ölənə kimi onun əlini heç buraxmadı.

Bir-neçə gün əvvəl 82 yaşlı qadın Florin Heyl müalicə aldığı xəstəxanada vəfat etdi. Bundan düz 36 saat sonra, həyat yoldaşının cənazəsindən sonra yaşlı kişinin vəziyyəti pisləşdi. Son anına kimi bir-birinin əlini buraxmayan cütlük,ölümə də birlikdə getdi.Onların son anlarında çəkilən şəkil çoxlarını ağlatdı.

AzNews.az