Bakıda mis oğruları həbs edildi

22 Fevral 2014 15:00 (UTC+04:00)
Bakıda mis qırıntılarını oğurlayan şəxslər tutulublar

Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, Şanqar qəsəbəsində yaşayan Cabir Qasımovun həyətindən 120 kiloqram mis qırıntıları oğurlanıb.

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Vüsal Qədirov, Rusif Məmmədov və Qədir Behbudov tutulublar.

AzNews.az