Gəncə sakini dəm qazından zəhərləndi
22 Fevral 2014 12:20 (UTC+04:00)
Azərbaycanda dəm qazından zəhərlənmə halları baş verib.
AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 21-də Sumqayıt şəhəri Köhnə Corat qəsəbə sakini Könül Ağayeva, Samux rayon sakini Saləddin Tağıyev dəm qazından zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Fevralın 21-də Gəncə şəhər sakini Gülgəz Hüseynova isə dəm qazından zəhərlənərək ölüb.
AzNews.az