Ukraynada 11 deputat da istefa verdi- Hakim partiyadan
22 Fevral 2014 12:46 (UTC+04:00)
Ukraynada 11 deputat hakim Regionlar Partiyasının parlament fraksiyasından istefa verdi.
AzNews.az-ın məlumatına görə, deputatlar bu barədə qərarı Ali Radanın hazırda keçirilən plenar sessiyasında açıqlayıblar.
Bununla da son günlər ərzində Regionlar Partiyasının parlament fraksiyasından istefa verən deputatların sayı 51-ə çatıb.
AzNews.az