Yanukoviçin hazırda olduğu yer açıqlandı

22 Fevral 2014 13:08 (UTC+04:00)
"Ukrayna prezidenti Viktor Yanukoviç hazırda Xarkov şəhərində işgüzar səfərdədir".


AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunu V. Yanukoviçin məsləhətçisi Anna Qerman deyib.

O bildirib ki, səfər zamanı V. Yanukoviç seçicilərlə görüşəcək, "Ukrayna cəbhəsi" hərəkatının qurultayında iştirak, yerli televiziya kanalında isə çıxış edəcək.

Bu arada isə V. Yanukoviçin Xarkova gəlməsi haqda məlumat alan müxalifət təşkilatlarının yerli fəalları, hakimiyyət əleyhidarları şəhərin mərkəzi meydanına toplaşaraq, aksiyaya başlayıblar.

Aksiyada Yanukoviçin istefası tələb olunur.

Xatırladaq ki, bu gün səhər saatlarında Ukrayna mediasında V. Yanukoviçin Kiyevi tərk edərək, qaçdığı haqda xəbərlər yayılmışdı.

Məhəmməd
AzNews.az