Ukraynada 20 fevral qırğını- TAM VIDEO

22 Fevral 2014 19:03 (UTC+04:00)
20 fevralda Kiyevdə onlarla insanın ölüm faktı Ukraynada vətəndaş müharibəsi ab havası yaratdı.


"Qafqazinfo" Ukrayna mətbuatına istinadən xəbər verir ki, müxalifət nəticədə Viktor Yanukoviçə 2004-cü il konstitusiyasına qayıdış və dövlət idarəetmə sisteminin həmin prinsiplərə reabilitasiya olunması yönündə təzyiqlərini artırmağa başladılar. Sonda müxalifət qanı bahasına olsa da qələbə çaldı və ən əsas tələbi 2004-cü il konstitusiyasına dönülməsinə nail oldu.

Qeyd edək ki, kütləvi toqquşmalar zamanı 77 nəfər ölüb 577 də nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 369-u xəstəxanaya yerləşdirilib.

Mübarizəni əks etdirən tam videogörüntünü təqdim edirik:





AzNews.az