Yuliya Timoşenko xəstəxana ərazisini tərk edib
22 Fevral 2014 19:17 (UTC+04:00)
Ukraynanın sabiq Baş naziri Yuliya Timoşenko şənbə günü Xarkov xəstəxanasının ərazisini tərk edib.
Trend-in UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şahidlər xəbər verib.
Qeyd edək ki, bu gün Ali Rada Timoşenkonun həbsdən şənbə günü azad edilməsi ilə bağlı qərar qəbul etmişdi.
AzNews.az