Bakıda mebel evi yandı

22 Fevral 2014 20:52 (UTC+04:00)
Bakıda mebel evində yanğın baş verib.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində mebel evinin asma tavanı 60 kv.m sahədə, 1-ci mərtəbənin girişində 14 ədəd elektrik sayğacları və binasının 1-ci mərtəbəsindən 10-cu mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən ikisi azyaşlı olmaqla 6 nəfər bina sakini təxliyə edilib. Mebel evinin, elektrik kabellərinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 17:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.



AzNews.az