Təhsil Nazirliyindən Facebook istifadəçilərinə müraciət

24 Fevral 2014 09:30 (UTC+04:00)
Təhsil Nazirliyi Facebook istifadəçilərinə müraciət edib.

Həmin müraciəti təqdim edirik:

"Hörmətli Facebook istifadəçiləri!

24-28 fevral 2014-cü il tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Facebook səhifəsində ali təhsillə bağlı Sizi maraqlandıran suallara cavab veriləcək. Suallar operativ şəkildə şərhlər vasitəsilə cavablandırılacaq.

İstifadəçilərdən xahiş olunur ki, təkrarlanan suallarla müraciət etməsinlər".

AzNews.az