Primadonna: “Məni görən kimi üstümə atlanır“

24 Fevral 2014 09:57 (UTC+04:00)
Xalq artisti İlhamə Quliyeva gəlinindən danışıb.

Axşam.az-ın məlumatına görə, müğənni "Onlar" verilişinə açıqlamasında özünü "super qayınana" adlandırıb. O, gəlini ilə rəfiqə olduğunu deyib:

"Mən çox super qayınanayam. Gəlinim Arifə xanım müasir qızdır. Onunla rəfiqəyik. Bir dəfə müsahibə alıb soruşarsınız, görün mənim haqqımda nə deyir? Oğlum da, gəlinim də mənimlə nəfəs alır, məni çox istəyirlər. Nəvəmin isə mənim üçün ürəyi gedir. Məni görən kimi qollarını açıb, üstümə atlanır. Nəvə də bilir ki, nənə yaxşı nənədir".



AzNews.az