Rezidenturaya hazırlaşanların nəzərinə

24 Fevral 2014 10:37 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya qəbul imtahanlarının birinci mərhələsinə hazırlaşan namizədlər üçün online sınaq imtahanı keçirəcək.

AzNews.az komissiyanın saytına istinadən məlumat verir ki, qəbul imtahanı ərəfəsində namizədlərə öz bilik səviyyələrini real qiymətləndirməyə imkan yaradan online imtahanda suallar qəbul imtahanının birinci mərhələsi üzrə qəbul proqramı əsasında təqdim olunacaq.

İmtahanda iştirak etmək istəyənlər TQDK-nın virtual ödəmə kartını əldə etməlidirlər. Bu ödəmə kartını internet ödəmə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.
Sınaq imtahanına yazılışın fevralın 25-dən həyata keçirilməsi nəzərdə tutulur.

AzNews.az