Hava yağmursuz olacaq

24 Fevral 2014 11:20 (UTC+04:00)
Azərbaycanda yaxın 2-3 gün ərzində hava şəraitində mühüm dəyişikliyin olacağı gözlənilmir.


Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, fevralın 25-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, gün ərzində əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 6-11 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 25-də hava əssən yağmursuz olacaq, bəzi yerlərdə duman, çiskin müşahidə ediləcək. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

AzNews.az