MSK-nın yeni mətbuat katibi bəlli oldu

24 Fevral 2014 12:03 (UTC+04:00)
Mərkəzi Seçki Komissiyasında yeni təyinat olub.

Lent.az-ın məlumatına görə, Şahin Əsədli MSK-nın Media və ictimai əlaqələr şöbəsinə müdir təyin edilib. Ş. Əsədli bu vaxta qədər Komissiyanın beynəlxalq əlaqələr şöbəsində çalışıb. MSK-dan təyinatı təsdiq ediblər.

Qeyd edək ki, Ş. Əsədliyə qədər bu vəzifəyə Azər Sarıyev rəhbərlik edirdi.

AzNews.az