“Torpaq Qan Ağlayır“ – Xocalıya həsr olunan daha bir kitab

24 Fevral 2014 12:08 (UTC+04:00)

Yaxın günlərdə Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvi, prezident təqaüdçüsü Yusif Məhəmmədoğlu və Elxan Yaqubovun müəllifi olduqları "Torpaq Qan Ağlayır " kitabının tədqimat mərasimi keçiriləcək.

AzNews.az xəbər verir ki, kitab Xocalı soyqırımına həsr olunub, ermənilərin törətdikləri vəhşiliklərdən, Qarabağda baş verən faciələrdən bəhs edir.

Onu da bildirək ki, "Torpaq Qan Ağlayır"ın məsləhətçisi millət vəkili Nizami Cəfərov və Xocalı İcra hakimiyyətinin başçısı Şahmar Usubovdur.

Müəllifin sözlərinə görə, kitabın gələcəkdə iki dildə - rus və ingilis dillərinə tərcümə olunacaq.

Bahar
AzNews.az