Elnur: “Madonnanın porno görüntülərini qəbul edirlər, bizi yox”

24 Fevral 2014 13:10 (UTC+04:00)
Müğənni Elnur Məmmədov yerli şou-biznesə göstərilən münasibətdən narazıdır.

Axşam.az-ın məlumatına görə, ifaçı "Şoubiz" verilişinə açıqlamasında sənət adamlarının diqqətə ehtiyacı olduğunu bildirib:

"Şou-biznesə olan diqqəti bəyənmirəm. Bizə olan diqqət əcnəbilərə satılır. Bunu xoşlamıram. Gərək bizim müğənnilər də səhnədə tərbiyəsizlik etsinlər ki, bəyənilsinlər? Madonnanın porno gorüntülərini qəbul edirlər, Elton Conun nə olmasına baxmayaraq sevirlər, özümüzünküləri yox. Sənət adamları dəyərlidirlər, onlara qiymət verilməlidir. Onları həvəsləndirmək lazımdır, ruhdan salmaq yox".

AzNews.az