Güləşçilərimiz Macarıstan Qran Prisində iştirak edəcək

24 Fevral 2014 14:01 (UTC+04:00)
1-2 mart 2014-cü il tarixdə Macarıstanın Szombatxel şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Qızıl Qran Pri beynəlxalq turniri keçirləcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızın 3 üzvünün iştirakı nəzərdə tutulub.

Ölkəmizi məşqçi Ayoub Azmoudehin rəhbərliyi altında Taleh Məmmədov (59 kq), Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.

AzNews.az