“Neftçi” APOEL ilə heç-heçə oynadı

24 Avqust 2012 07:47 (UTC+04:00)
Ötən gecə futbol üzrə Avropa Liqasının play-off mərhələsinin ilk oyununda "Neftçi", Kiprin APOEL komandası ilə heç-heçə oynayıb - 1:1.

Oyunun 81 dəqiqəsi qolsuz bərabərliklə keçib. 82 ci dəqiqədə Mahir Şükürov 11 metirlik cərmə zərbəsini dəqiq yerinə yetirərək Nefçini irəli çıxarıb. Ancaq sevinc cəmi bir dəqiqə çəkib.

APOEL-in hücumçusu Ben Aşur 83 cü dəqiqədə hesabı bərabərləşdirib. Qeyd edək ki, cavab oyunu avqustun 30-da Nikosiyada keçiriləcək.

Bahadur Eyuboğlu
AzNews.az