Avropa Olimpiya Oyunları ilə bağlı hazırlıq davam edir

24 Fevral 2014 14:37 (UTC+04:00)

2015-ci il I Avropa Olimpiya Oyunları ilə əlaqədar marşrut xətləri müəyyənləşdirilib.


AzNews.az xəbər verir ki, bu barədə məlumat 2013-cü ildə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən görülmüş işlər və növbəti ildə qarşıda duran vəzifələr barədə hesabatda yer alıb. Onun sözlərinə görə, hazırda "Avtocad map" proqramı üzərində sxemləri işlənilir.

NİİM-dən o da bildirilib ki, 2013-cü ilin sentyabr ayında "Gənclik" metro stansiyası yaxınlığındakı tunellərdə intellektual idarəetmə sistemi də Mərkəzə inteqrasiya olunmuş, tuneldə quraşdırılan ağıllı tabloların və hərəkətə maneə törədən obyektlərin aşkarlanması sisteminin Mərkəzdən, yəni distant idarəsi və müşahidəsi mümkün olub.

Ümumilikdə tərəfimizdən 2013-cü il ərzində Bakı şəhərinin avtomobil yollarında hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin davamlı hərəkətini təşkil etmək məqsədilə 18 yol qrupunun vaxt planları yenidən hazırlanmış, həmin ərazilərdə yerləşən 62 ədəd siqnal kontrollerlərinə yüklənib.

Amid Əyyuboğlu
AzNews.az