Yalta meri istefa verdi

24 Fevral 2014 15:10 (UTC+04:00)
2013-cü ilin iyun ayında Yalta şəhərinin meri seçilmiş Sergey İlaş istefa verib.

Trend-in verdiyi məlumata görə, S.İlaşın istefa ərizəsi Şəhər Şurası tərəfindən təsdiq olunub.

Şəhər Şurası Ukrayna Ali Radasına müraciət edərək növbədənkənar mer seçkiləri keçirməyi xahiş edib.

Hazırda Yalta meri səlahiyyətlərini Şəhər Şurasının katibi Sergey Karnaux icra edir.

AzNews.az