BDU tələbələri bəyanat yaydı- Video

24 Fevral 2014 15:53 (UTC+04:00)
Bakı Dövlət Universitetində bu günə planlaşdırılan aksiya təxirə salınıb. Turanın verdiyi məlumata görə aksiyanın təxirə salınmasına baxmayaraq tələblər olduğu kimi qalır.

Tələbələrə gəldikdə isə tələbələrdən biri isə hazırladıqları bəyannaməni oxuyub.

Onlar, fevralın 20-də etiraz zamanı tələbələrə qarşı güc tətbiq etmiş Tələbə Həmkarlar İttifaqının nümayəndələri və Universitet mühafizəçilərinin cəzalandırılmasını, Tələbə Həmkarlar İttifaqının əməkdaşları cəzalandırılsını,Tələbə Həmkarlar İttifaqının buraxılmasını,yeni tam şəffaf seçkilərin keçirlməsini, tələbələrə və valideynlərə edilən təzyiqlərə son qoyulmasını, Nazirlər Kabinetinin alt qrupda təhsil alan tələbələrin dərs saatlarına görə əlavə pul ödəmələri haqqında qərarın ləğv edilməsini bəynnamədə tələb ediblər.

Eyni zamanda aksiya iştirakçıları bildirib ki, onlar yeni alternativ Tələbə Həmkarlar İttifaqının yaradılmasında da israrlıdırlar.

Tələbələr eyni zamanda məqsədlərinə nail olana qədər mübarizəni davam etdirəcəyini bəyan ediblər.

Bundan əvvəl isə aksiya ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib,tələbə bileti olmayan tələbələr içəri buraxılmayıb.

Əraziyə xeyli polis əməkdaşı cəlb edilib. Jurnalistlərin BDU-nun ərazisinə keçməsinə icazə verilməyib.



AzNews.az