Tarix Akademiyası yaradılmalıdır - TƏKLİF

24 Fevral 2014 17:00 (UTC+04:00)

Azərbaycanda Tarix Akademiyası yaradılmalıdır.

AzNews.az-ın məlumatına görə, bu təkliflə Baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, AMEA Tarix İnstitutunda görülən işlər yetərli deyil: "Tarix İnstitutunda bu məsələlər öyrənilir. Ancaq məncə, bu, yetərli deyil. Tarix Akademiyası yaradılmalı, ermənilərin Azərbaycan türklərinə, bütün türklərinə qarşı əməlləri araşdırılmalıdır".

Amid
AzNews.az