Avropa Komissiyası: “Ukraynanın qərarına hörmət edirik”

24 Fevral 2014 16:33 (UTC+04:00)

Avropa Komissiyası (AK) Viktor Yanukoviçin Ukrayna prezidentliyindən kənarlaşdırılması qərarını qəbul edib.

AzNews.az-ın xəbərinə görə, bunu açıqlamasında AK-ın rəsmi nümayəndəsi Oliviye Bayy deyib. O bildirib ki, Ukraynanın dövlət və hökumət qurumları, o cümlədən qanunverici orqanı V. Yanukoviçin prezident vəzifəsindən çıxarılması barədə qərar verib: "Avropa Komissiyası da bu qərarlara hörmətlə yanaşır. Komissiya Ukraynanın müvəqqəti prezident seçimi ilə də razıdır".

Xatırladaq ki, Ukraynada "Maydan" hərəkatı zamanı ölkədə qanlı toqquşmalar baş verdi. Nəticədə hakimiyyət əlehidarları və güc strukturları arasında 100-ə yaxın adam həlak oldu, 700-dən çox vətəndaş isə xəsarət aldı. Fevralın 22-də isə Ali Rada prezident Viktor Yanukoviçə etimadsızlıq göstərdi. Bundan sonra onun komandasında təmsil olunan məmurların bir çoxu işdən azad edildi.

Məhəmməd
AzNews.az