Ukraynada istefalar dalğası

24 Fevral 2014 18:08 (UTC+04:00)
AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, ölkənin 13 vilayətinin qubernatoru istefa vermək barədə qərar qəbul edib.


Ukrayna 24 vilayətdən ibarətdir. Sevastopol və Kiyevin xüsusi statusu var. Krım isə Ukrayna dövlətinin tərkibində müxtar respublikadır.
Əvvəlcə Lvov vilayətinin qubernatoru Oleq Salo, İvano - Frankovskidən Vasiliy Çudnov, Ternapoldan Valentin Xoptyan, Çernoviçkidən Mixail Papiyev, Volınskidən Aleksandr Başkalenko, Rovenskidən Vasiliy Bertaş, Jitomirdən Sergey Rıjuk, Poltavadan Aleksandr Udoviçenko, Viniççkidən İvan Movçan, Nikolayevskidən Gennadiy Nikolayenko, Çerniqovdan Vladimir Xomenko istefa verib.
Bu gün habelə məlum olub ki, Kiyev vilayət adminstrasiyasının rəhbəri Anatoli Prisyajnyuk və Sumsk vilayət adminstrasiyasının rəhbəri İqor Yaqovidnik də istefa ərizələri yazıblar.
Bununla belə Xarkov qubernatoru Mixail Dobkin öz postundan getməyəcəyini bəyan edib.
Bu gün Sevastopol şəhər adminstrasiyasının rəhbəri Vladimir Yaçuba da istefa verib.
Krım Baş naziri Anatoli Moqilyov istefa ərizəsi yazmaqdan imtina edib.
Ukrayna şəhərlərinin merləri istefa verməyə hələ tələısmirlər.
Bu güqn məlum olub ki,Kirovoqrad şəhər rəisi Aleksandr Sainsus və Yalta şəhər rəisi Sergey İlaş vəzifələrindən getməyə qərar veriblər. Bundan başqa Ujqorod şəhər soveti şəhərin meri Viktor Poqorelovu vəzifəsindən azad edib.


Əli
AzNews.az