İstanbulda anım mərasimi keçirilib - VİDEO
24 Fevral 2014 18:52 (UTC+04:00)
Türkiyənin İstanbul şəhərində Zəhra ana dərnəyi tərəfindən Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib.
Tədbirdə Türkiyə və Azərbaycandan millət vəkilləri, ictimayyət nümayəndələri, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov və İstanbulun Halkalı səmtində yaşayan həmyerlilərimiz iştirak edib. Xocalı soyqırımının 22 –ci il dönümündə təşkil olunan mərasimdə Xocalıda yaşanmış qanlı görüntülər ekranlarda göstərilib. Mərasimdə iştirak edən gənclər ara -sıra müxtəlif şüarlar səsləndiriblər.
Anım mərasiminin sonunda Xocalıya həsr olunmuş sənədli film nümayiş olunub və faciə qurbanlarının ruhuna dualar oxunub.
AzNews.az