Misirdə hökumət istefaya gedib

24 Fevral 2014 19:27 (UTC+04:00)
Misirdə Ordunun dəstək verdiyi keçid hökuməti istefaya gedib.

"Axar.az" Misirin dövlət qəzeti "Əl Ahram"a istinadən xəbər verir ki, bu qərar 15 dəqiqə davam edən iclasdan sonra verilib. Qəzet məlumat verib ki, Misirin Baş naziri Hazem Bəblavinin yerinə İbrahim Mihlib keçəcək. Xatırladaq ki, Misirdə Prezident seçkilərində namizəd olması gözlənilən Baş qərargah rəisi Abdulfəttah Sisi də hökumətdə müdafiə naziri vəzfiəsini tuturdu. Artıq qərardan sonra onun namizədliklə bağlı iddiaları güclənib.


AzNews.az