Konstitusiya məhkəməsinin hakimləri işdən qovulub

24 Fevral 2014 19:51 (UTC+04:00)
Ukraynanın Ali Radası Konstitusiya Məhkəməsinin 5 hakimini tutduğu vəzifədən azad edib.

Lent.az-ın "interfaks"-a istinadən məlumatına görə, onlar parlament kvotasına əsasən təyin olunmuş hakimlərdir.

Parlament hesab edir ki, onlar 2010-cu ilin sentyabrında andı pozaraq, 2004-cü ildə Ana Yasasının fəaliyyət olan redaksiyasını ləğv edib.

Fevralın 24-də qeydiyyata alınan 368 deputatdan 307-si bu qərarın lehinə səs verib.

Bundan başqa Ali Rada prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinova təkli edib ki, Konstitusiya məhkəməsindəki təmsilçilərini tutduqları vəzifədən azad etsin.


AzNews.az