Moskvada etiraz aksiyasında saxlanılanların sayı 420-yə çatıb

24 Fevral 2014 22:52 (UTC+04:00)
Moskvada 2012-ci ildə iğtişaşlar zamanı həbs edilənlərə dəstək aksiyasında saxlanılanların sayı 420-yə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, şəhərin mərkəzində keçirilən icazəsiz aksiyada təxminən 500 nəfər iştirak edib.

Polisin ictimai asayişi pozmamağı tələb etməsinə baxmayaraq, toplaşanlar dağılışmaq istəməyib.

Bundan əvvəl Moskvada 70, Sankt-Peterburqda isə 60 etirazçının saxladılması haqqında məlumat verilib.

AzNews.az