Bakının 107 yaşlı sakini öldü

25 Fevral 2014 09:33 (UTC+04:00)



Paytaxtın ən yaşlı sakini dünyasın dəyişdi.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova AzNews.az-a bildirib ki, dünən gecə saat 23:50 radələrində Nizami rayonu, Kürçaylı küçəsi 8, mənzil 70 ünvanında yaşayan Tamam Şərifovanın qəfildən halı pisləşməsi ilə bağlı xəstənin yaxınları təcilli yardıma müraciət ediblər. Hadisə yerinə təcilli yardım getsədə, həkimlər onu xilas edə bilməyib.

Baş həkimin dediklərinə əsasən, bildiririk ki, rəhmətə gedən qadın paytaxtın ən yaşlı sakinidir. Onun 107 yaşı var imiş.


Amid
AzNews.az