Bakıda 248 nəfər qəm qazından zəhərləndi

25 Fevral 2014 09:47 (UTC+04:00)
Bu ayın ötən dövrü ərzində Bakıda 248 nəfər qəm qazından zəhərlənib.


Bu barədə AzNews.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.

Onun sözlərinə görə, zəhərlənənlərin 164 nəfəri xəstəxanaya çatdırılıb. Onlardan 12 nəfəri 3-10 yaşları arası uşaqlar təşkil edir.

Z. Vahidova həmçinin son sutka ərzində dəm qazından zəhərlənmə faktı ilə bağlı təcili yardıma müraciət edənlərin sayını da açıqlayıb.

O vurğulayıb ki, fevralın 24-də saat 09:00 radələrindən bu gün eyni vaxta kimi dəm qazından zəhərlənmə ilə bağlı Stansiyaya 11 nəfər müraciət edib və nəticədə 10 nəfər xəstəxanaya yerləşdirilib:

"Xəstəxanaya yerləşdirilənlər Bakının Yasamal, Qaradağ, Sabunçu, Binəqədi və digər rayonlarda yaşayan sakinlərdir".

Amid
AzNews.az