Ərdoğanla oğlunun telefon danışığına Rəsmi reaksiya- AUDİO

25 Fevral 2014 09:53 (UTC+04:00)
Dünən gecə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanla oğlu Bilal Ərdoğan arasında olduğu deyilən telefon danışığının auido yazısı sosial şəbəkələrdə yayıldıqdan sonra məsələyə rəsmi reaksiya gəlib.

"Qafqazinfo" xəbər verir ki, baş nazirin rəsmi saytında yayılan açıqlamada səs yazısının "əxlaqsız montaj olduğu, tamamilə yalan" olduğu bildirilib:

"Baş nazirimiz cənab Rəcəb Tayyib Ərdoğan ilə oğlu arasında belə bir telefon danışığının olmasını iddia edən və bu axşam internet vasitəsilə yayılan səs yazısı əxlaqsızcasına hazırlanan bir montaj məhsuludur və tamamilə həqiqətdən uzaqdır. Türkiyə Cumhuriyyəti baş nazirini hədəf alan bu kirli dəzgahı quranlar hüquq çərçivəsində cəzalanacaqlar".

Həmin səs yazısını təqdim edirik:



AzNews.az