Sabahdan hava yağıntılı olacaq

25 Fevral 2014 11:09 (UTC+04:00)
Sabah axşama doğru bəzi şimal və qərb rayonlarından başlayaraq, ölkə ərazisində hava yağıntılı olacaq.

Fevralın sonuna kimi ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova məlumat verib.

Onun sözlərinə görə, fevralın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam havanın tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim çənub-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 6-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında da fevralın 26-da hava əsasən yağmursuz olacaq. gecə və səhər bəzi yerlərdə hava dumanlı və çiskinli olacaq. Lakin axşama doğru bəzi şimal və qərb rayonlarından başlayaraq, havanın yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

AzNews.az