Aşıq Tellinin brilyant üzüyü oğurlanıb

25 Fevral 2014 11:53 (UTC+04:00)
Aşıq Telli Borçalı "Xəzər" telekanalında yayımlanan "5/5" verilişinə maraqlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi evindən dəfələrlə oğurluq olunduğunu, lakin polisə şikayət etmədiyini bildirib:

"Neçə dəfə olub ki, evimdən qızıllarım, digər qiymətli əşyalarım oğurlanıb. Amma heç vaxt şikayət etməmişəm, heç kimə şər atmamışam. Yaxınlarımdan kiminsə belə bir şey edəcəyini ağlıma gətirə bilmirəm. Ən çox təəssüfləndiyim isə həddən artıq sevdiyim brilyant üzüyümün oğurlanması olub. Hələ də o üzüyü və onu kimin götürdüyünü axtarıram, ancaq tapa bilmirəm".


AzNews.az