Ərdoğan Xocalı soyqırımdan danışdı

25 Fevral 2014 13:43 (UTC+04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Hakim Ədalət və İnkişaf Partiyasının növbəti iclası zamanı Xocalıda baş verənlərin 20-ci əsrin ən böyük faciəsi olduğunu bildirib.

Bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Ərdoğan deyib: "Xocalıda qətlə yetirilən insanlar Azərbaycan üçün əziz olduqları kimi, Türkiyə üçün də əzizdirlər".

Onun sözlərinə görə, Türkiyə hər zaman Azərbaycanın haqq işində onu dəstəkləyib.


AzNews.az