Azərbaycan Böyük Britaniya vətəndaşını “İnterpol”a verdi
24 Avqust 2012 09:44 (UTC+04:00)
Azərbaycan hüquq-mühafizə orqanları Böyük Britaniya vətəndaşını beynəlxalq axtarışa verib. APA-nın məlumatına görə, Nadarayan Sanikasalam (Nadarajan Thanikasalam) adlı şəxs İKT cinayətlərində günahkar bilinir.
Onunla bağlı Səbail rayon Məhkəməsi müvafiq qərar qəbul edib. 1968-ci il təvəllüdlü Tadarayan Sanikasalam Beynəlxalq Polis Təşkilatı - "İnterpol" vasitəsilə axtarışdadır.
AzNews.az