Prezidenti administrasiyasının sabiq rəhbəri güllələnib

25 Fevral 2014 18:08 (UTC+04:00)
Ukraynada prezident administrasiyasının sabiq rəhbəri Andrey Klyuyev ayağından güllə yarası alıb.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hazırda A.Klyuyevin həyatına təhlükə yoxdur.

Onun indi harada olduğu da məlum deyil.

Qeyd edək ki, bu gün A.Klyuyev vəzifəsindən istefa verdiyini bəyan edib.


AzNews.az