Rusiya Yanukoviçi hələ də prezident sayır

25 Fevral 2014 19:12 (UTC+04:00)
"Rusiya Viktor Yanukoviçi hələ də qanuni prezident sayır".

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, Rusiya Dövlət Dumasının MDB, avrointeqrasiya və həmvətənlərlə iş üzrə komitənin sədri Leonid Slutski bu haqda bəyanat verib.

"Biz hesab edirik ki, Yanukoviç legitim prezidentdir. O, 2004-cü il Ana Yasasının bərpası haqda qərarı imzalamayıb. Deməli Ali Radanın qəbul etdiyi bütün qərarlar sual altındadır"-deyə, Slutski Simferopolda bildirib.


O, əlavə edib ki, Moskva Ukrayna müxalifətindən 2014-cü il fevralın 21-də əldə edilmiş razılaşmaya əməl etməyi istəyir: "Fikrimcə səsimiz eşidiləcək".


AzNews.az