Müxalifət liderinə 7 gün həbs cəzası verildi
25 Fevral 2014 19:22 (UTC+04:00)
Rusiyanın müxalifət liderlərindən biri Aleksey Navalnıya 7 gün inzibati həbs cəzası verilib.
ANS PRESS-in məlumatına görə, müxalifət lideri Moskvada Manej meydanında keçirilən "Bolotni işinə" dəstək aksiyasında iştirak etdiyi üçün həbs edilib.
Moskva məhkəməsinin qərarına əsasən, A.Navalnı polisin tələblərinə məhəl qoymadığı üçün 7 gün azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən gün Moskvada Manej meydanında və Rusiya Dövlət Dumasının yaxınlığında keçirilmiş etiraz aksiyasında içərisində müxalifət liderləri də olmaqla 70 nəfər həbs olunub.
AzNews.az